Bakıda kirayə ev axtaran əcnəbi vətəndaşı belə aldatdılar – Bir qadın, bir taksi sürücüsü… – FOTObackend

Bakıda kirayə ev axtaran əcnəbi vətəndaşı belə aldatdılar – Bir qadın, bir taksi sürücüsü… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıya ailəsi ilə istirahətə gəlmək istəyən Rusiya vətəndaşı öncədən qalmaq üçün klirayə mənzil tapmaq istəyərkən dələduzların qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə bakupost.az -a şikayətçi Elnur Cəfərov danışıb.

O deyib ki, xaricdə yaşayan yaxın qohumu ona zəng edərək, Bakıya ailəsiylə gəzməyə gəlmək istədiyini və ikiotaqlı kirayə ev lazım olduğunu deyib:

” Mən də “Bina.az” saytına daxil olub, ev tapdım. Orda qeyd olunan telefon nömrəsinə zəng vurub xanımla razılaşdıq. O, evi saxlamaq üçün beh istədi. Mən də ilkin olaraq onun bank kartına 100 manat göndərdim. Dedi ki, “mən Naxçıvandayam, açar özümdədir, Bakıya qayıdım, açarı sizə verərəm. Evin aylıq kirayə haqqı 430 manat idi”.

E.Cəfərovun sözlərinə görə, ertəsi gün saat 19:00-da görüşüb, açarı təhvil alacağı barədə razılığa gəliblər.

“Bir gün sonra günorta saatlarında xanım mənə zəng vurub dedi ki, atamın səhhətində ciddi problem var, yaxşı deyil, mən Bakıya gələ bilməyəcəm. Amma darıxmayın, mənzilin açarını sizə taksiylə göndərəcəm. Amma evin pulunu öncədən göndərin”.
Şikayətçi yenə də heç nədən şübhələnməyərək, qalan məbləği də ödəyib:

“Mənə dedi ki, qayınatamgil deyir kirayə pulunun hamısını versin, sonra mənzilin açarını verək. Mən birinci buna etiraz etdim, amma onun dediyinə görə, taksi sürücüsü guya artıq açarı mənə gətirirdi, yola düşmüşdü, mən də inandım. Üstəlik mənə dedi ki, istəmirsizsə, kartı göndərin, behi qaytarım. Bu sözlərindən sonra inandım və qalan 330 manatı da karta göndərdim. Ödəniş etdiyim hesab isə Beynəlxalq Bankın idi və kart sahibinin adı Samir Babayev idi”.

E.Cəfərov deyir ki, ona taksi sürücüsü adıyla bir nəfər oğlan da zəng vurub və “Koroğlu” metrosunun qarşısında görüşəcəklərini deyib:
“Mən axşama kimi gözlədim,narahat olduğum üçün xanıma zəng vurdum. Baxdım ki, xanıma zəng çatmır, votsap yazışmalarımızı silib. Daha sonra taksi sürücüsünə zəng vurdum. O, da bir müddət telefon zənglərimə cavab vermədi və nəhayət, telefonu açıb dedi ki, axşam saat 12:00-da görüşəcəyik. Mən onun adını soruşanda isə dəstəyi asdı və bundan sonra aldadıldığımı anladım”.

Şikayətçi hələ polisə müraciət etmədiyini bildirdi.

Qeyd edək ki, Azərbaycanda təkcə bina.az-da yox, bütün alış-veriş saytlarında dələduzlar çoxdur və bu hadisə ilk deyil. İnsanlar müxtəlif vasitələrlə aldadılır, ucuz qiymətə evlər, mənzil elanları ilə öncədən beh alıb yoxa çıxırlar. Ən maraqlısı budur ki, zənglər Azərbaycandan edilsə, bank kartları sahibləri məlum olsa da, hələ ki, bu dələduzlara qarşı tədbir görülmür.