Böyük Britaniyanın baş naziri ölkədəki iğtişaşlar səbəbindən tətilini ləğv edibbackend

Böyük Britaniyanın baş naziri ölkədəki iğtişaşlar səbəbindən tətilini ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Kir Starmer ölkədə davam edən iğtişaşlar fonunda məzuniyyətini ləğv edib və işə qayıdıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Ölkədə etirazlar davam etdiyi üçün Kir Starmer tətilini ləğv etdi”, – deyə jurnalistlər bildirib.

İyulun sonunda Sautportda yeniyetmə rəqs və yoqa dərsləri zamanı uşaqlara bıçaqla hücum edib. Nəticədə üç həlak olub, daha səkkiz uşaq və iki böyük yaralanıb.

Hücumdan sonra şübhəlinin qaçqın olduğu barədə məlumat yayılıb.

Bu məlumatların ortaya çıxması fonunda Britaniyanın bir neçə şəhərində iğtişaşlar baş verib. Etirazlar zamanı onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, bir neçə mağaza, polis məntəqəsi və avtomobil yandırılıb.