Şimali İrlandiyanın Londonderri şəhərində protestant ittifaqçılarının illik paradı polislə toqquşma ilə başa çatıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Olster Hüquq-Mühafizə Xidmətinin bəyanatında deyildiyi kimi, iğtişaşlar zamanı 10 asayiş keşikçisi yaralanıb.
Etirazçılar polis əməkdaşlarına molotov kokteyli atıblar. İlkin məlumata görə, aksiyada əsasən yeniyetmələr iştirak edib. BBC telekanalı saxlanılanların olduğunu bildirib.
Qeyd edək ki, Protestant İttifaqı tərəfdarları 1689-cu ildə şəhərin mühasirəsinin götürülməsinin ildönümünü qeyd etmək üçün hər avqustda Londonderridə parad keçirirlər. Son vaxtlar bu paradlar zamanı məzhəblərarası münaqişələr daha az tez-tez baş verir.