Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Rusiyada yeni səfərbərlik dalğasının gözlənilməyəcəyini deyib.
NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki,Kartapolovun sözlərinə görə, Kursk vilayətində baş verən hadisələr fonunda səfərbərliyə ehtiyac yoxdur.
“Cəbhədə kifayət qədər döyüşçü var”, – deyə o qeyd edib.
Yada salaq ki, Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiya Silahlı Qüvvələrinin minlərlə hərbçisi Kursk vilayətinə hərəkət edib. Hazırda şiddətli döyüşlər gedir./Publika.az