Narkotikin təsiri altında olan sürücü həbs edildibackend

Narkotikin təsiri altında olan sürücü həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib.

NOCOMMENT.az bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi “Mersedes” markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb:

“Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib. M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

Qurumdan həmçinin bildirilib ki, məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.