Bakıda restoranda yanğınbackend

Bakıda restoranda yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonu ərazisində restoranda yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yerləşən restoranda qeydə alınıb. FHN-dən verilən məlumata görə, nazirliyin 112 “qaynar xətti”nə Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yerləşən restoranın tüstü bacasında yanğın olması barədə məlumat daxil olub. Bununla bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.