Moskvanın Taqanski Rayon Məhkəməsi növbəti dəfə “Telegram” messencerini cərimələyib.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, cərimə 4 milyon rubl təşkil edib.
İnzibati cəzaya səbəb messencer administrasiyasının Rusiya Federasiyası ərazisində qadağan olunmuş məlumatları silməkdən imtina etməsi olub.
Məhkəmə “Telegram” messencerini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsini pozmaqda təqsirli bilib (“Sayt sahibinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq silinməli olan məlumatları silməməsi”). Məhkəmə şirkətə 4 milyon rubl məbləğində inzibati cərimə tətbiq etmək qərarına gəlib.