Gürcüstan Partiyası: “Saakaşvili 2008-ci ilin…. “backend

Gürcüstan Partiyası: “Saakaşvili 2008-ci ilin…. “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Siyasi Şurası bəyanat yayıb ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müharibəyə 2008-ci ilin avqustunda kənardan gələn sifarişlə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bəyanatda vurğulanır ki, gürcü cəmiyyətinin əksəriyyəti “Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir”.

“Lakin bu bir faktdır ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi qeyri-sabitliyinin nəticəsi deyil, kənardan gələn göstərişlər və yaxşı planlaşdırılmış xəyanətin nəticəsidir”, – TASS-ın hesabatında qeyd edilib.