Deputat olmasalar da, deputat pensiyası alacaqlar…backend

Deputat olmasalar da, deputat pensiyası alacaqlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

NOCOMMENT.az Modern.az-a istinadla bildirir ki, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra – 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

– İsa Həbibbəyli – 74 yaş

– Sədaqət Vəliyeva – 70 yaş

– Oktay Əsədov – 69 yaş

– Vahid Əhmədov – 76 yaş

– Fəzail Ağamalı – 76 yaş

– Sabir Rüstəmxanlı – 78 yaş

– Tahir Kərimli – 68 yaş

– Aqiqə Naxçıvanlı – 66 yaş

– Bəxtiyar Sadıqov – 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.