Amerika Birləşmiş Ştatları Kursk bölgəsindəki vəziyyətlə bağlı Rusiya ilə əlaqə saxlamayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“Mənim heç bir əlaqəmdən xəbərim yoxdur”, – o, müvafiq suala cavab verib.
Avqustun 13-də ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Kursk vilayətindəki vəziyyəti açıq şəkildə şərh edib. Onun sözlərinə görə, o, Rusiya sərhəd bölgəsində baş verənlərlə bağlı “dörd-beş saatdan bir” məlumatlandırılır.