Ukrayna Kursk vilayətində “təhlükəsizlik zonası” yaradacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın reinteqrasiya naziri İrina Vereşçuk məlumat verib.
Vereşçuk Ukrayna tərəfindən nəzarətə götürülən Rusiya ərazilərinin sakinlərinin ya Ukraynaya, ya da Rusiyaya gedə biləcəyi müəyyən humanitar dəhlizlər yaradıldığını elan edib. Vereşçuk həmçinin bəyan edib ki, Ukrayna müəyyən beynəlxalq humanitar təşkilatlara bölgəyə daxil olmağa icazə verəcək.
Bundan əvvəl İrina Vereşçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra Rusiya ilə Ukraynanın Sumı vilayəti arasında sərhəddə humanitar dəhliz bağlanıb.
Vereşçuk qeyd edib ki, humanitar dəhliz ən azı on gün bağlı qalacaq. Eyni zamanda Belarusla sərhəddə yerləşən Mokranı-Domanovo keçid məntəqəsi də fəaliyyətini davam etdirir.