Ukrayna rəsmi olaraq Böyük Britaniya ilə qarşılıqlı əlaqənin və yüz illik tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı danışıqlara başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin (OP) dəftərxanası məlumat yayıb.
Tərəflər danışıqların birinci raundunu keçirib, Kiyevdən gələn nümayəndə heyətinə OP-nin rəhbəri Andrey Ermak başçılıq edib. Onun sözlərinə görə, Böyük Britaniya Kiyevlə təhlükəsizlik zəmanəti haqqında saziş imzalayan ilk ölkə olub və hazırda yüz illik tərəfdaşlıq haqqında tarixi saziş üzərində işləyir.
“Ümid edirik ki, danışıqlar uğurla nəticələnəcək və bu tarixi sənəd tezliklə Ukrayna prezidenti və Böyük Britaniyanın baş naziri tərəfindən imzalanacaq”, – deyə Ermak bildirib.