Azərbaycan niyə Çin, Braziliya yemişinə möhtacdır? – AÇIQLAMAbackend

Azərbaycan niyə Çin, Braziliya yemişinə möhtacdır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan beş il iki aylıq fasilənin ardından Çindən yemiş tədarükünü bərpa edib.

Belə ki, yanvar-may aylarında Azərbaycana 86 min ABŞ dolları dəyərində 120.23 ton yemiş idxal edilib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində iki dəfə, kəmiyyət olaraq – 2.2 dəfə çoxdur.

Qeyd edək ki, yemişi təkcə Çindən idxal etmirik. Hesabat dövründə Azərbaycan İrandan 61.32 min ABŞ dolları dəyərində 87.66 ton, Türkiyədən 19.39 min ABŞ dolları dəyərində 27.7 ton, Braziliyadan 4.66 min ABŞ dolları dəyərində 4.66 ton, Kosta-Rikadan 0.2 min ABŞ dolları dəyərində 0.2 ton yemiş alıb.

Bəs, görəsən Azərbaycanın özünün keyfiyyətli yemiş sortları mövcud olduğu halda niyə onu xaricdən idxyetişdirilən yemişləri üzün müddət saxlamaq olmur, tez xarab olur. Ona görə də o sahə ilə məşgul olan sahibkarlar məcbur olub yemişi xaricdən gətirirlər. Bu yemişlər uzun müddət qalır və tez xarab olmur. Xaricdən idxalın qarşısını almaq üçün hər mövsümdə yetişən, zərərvericilərə qarşı dözümlü olan, uzun müddət qalan yemiş sortları yetişdirilməlidir. Məsələn, Orta Asiyadan ölkəyə gətirilənal edirik?

NOCOMMENT.az xəbər verir ki, məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Bakupost.az -a deyib ki, sözügedən ölkələrdən Azərbaycana idxal edilən yemişlər mövsümdən əvvəl və sonra gətirilən məhsullardır:

“Yaz və qış mövsümündə bizdə yemiş yetişdirilmir. Çünki ölkədə yemişləri qış aylarında, hətta il ərzində saxlamaq mümkün olur. Amma ölkədə yetişdirilən yemiş sortları bir aya xarab olur”.

Ekspertin sözlərinə görə, ölkədə yetişdirilən məhsulu saxlamaq üçün soyuducu anbarlar yoxdur:

“Azərbaycana yemiş idxal edilən ölkələrdə xüsusi kameralar mövcuddur və orada məhsulu müəyyən temperaturda uzun müddət saxlamaq olur. Bizdə isə bu imkanlar yoxdur. Yemişi dərən kimi 2-3 dərəcə temperatur olan anbarlara yerləşdirmək lazımdır. Bu zaman onun inkişaf prosesi dayanır. Havanın temperaturu müsbət 5 dərəcəyə kimi olanda inkişaf prosesi dayanır.Yalnız bundan sonra onu üzün müddət saxlamaq olur. Bizdə bunu bilən yoxdur. Xarici ölkələrdə isə bu işi bilən peşəkarlar, bu sahə üzrə ixtisaslaşmış fermer təsərrüfatları var. Onlar həm istehsal, həm də logistika ilə məşğul olur. Etap-etap xarici ölkələrə məhsul ixrac edib qazanc əldə edirlər”.

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda çox keyfiyyətli yemiş sortları yetişdirilməsinə baxmayaraq, bu məhsul ölkəyə xaricdən idxal olunur:

“Məlum olduğu kimi, Azərbaycanda yanvar-may aylarında yemiş yetişdirilmir. Bu aylarda yemiş yalnız istixana şəraitində yetişə bilər. Amma fermerlər bunu etmirlər. Sözügedən aylarda ölkə daxilində yemiş olmadığı üçün də Çin və digər ölkələrdən idxal olunur. Əgər yerli fermerlər bu sahəyə sərmayə qoyub lazımi şərait yaratsalar, ölkədə ilin istənilən fəslində yemiş yetişdirmək olar”.