Belqorodda fövqəladə vəziyyət elan edildibackend

Belqorodda fövqəladə vəziyyət elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqorod vilayətində federal fövqəladə vəziyyət elan edilib. Bu qərar Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun rəhbərlik etdiyi hökumət komissiyasının iclasının yekunları üzrə qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov məlumat verib.

“Bu günlərdə fövqəladə hallar naziri Aleksandr Vyaçeslavoviç Kurenkovun rəhbərlik etdiyi hökumət komissiyasının iclası başa çatıb. Komissiya Belqorod vilayətindəki vəziyyəti nəzərdən keçirib və bütün Belqorod vilayətində federal səviyyədə fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib”, – deyə vilayət rəhbəri bildirib.

Hakimiyyət tezliklə əhaliyə məlumat verəcək ki, bu rejim zərər çəkmiş bələdiyyələr və zərərçəkmiş sakinlər üçün nəzərdə tutulub, Qladkov yekunlaşdırıb.