Tərəflər Qəzza üzrə danışıqların ilk günündə irəliləyiş əldə ediblərbackend

Tərəflər Qəzza üzrə danışıqların ilk günündə irəliləyiş əldə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet yazır: “Bu gün Dohada keçirilən girovlarla bağlı sammitlə tanış olan mənbə “Times of Israel”ə bildirib ki, tərəflər irəliləyiş əldə ediblər.

Qəzet danışıqlar prosesinin gedişi ilə bağlı başqa təfərrüat vermir.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid ibn Məhəmməd əl-Ənsari Qəzza ilə bağlı əmirlik, Misir və ABŞ-ın iştirakı ilə məsləhətləşmələrin avqustun 16-da Dohada davam etdiriləcəyini bildirib. O qeyd edib ki, vasitəçilər atəşkəslə bağlı razılıq əldə etmək üçün “irəliyə getməkdə qərarlıdırlar”.

Qəzza zolağında atəşkəsə nail olmaq və Fələstin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi məqsədi ilə cümə axşamı Dohada məsləhətləşmələrin yeni raundu başlayıb. Qətər tərəfdən danışıqlarda Əmirliyin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani iştirak edir. Vaşinqtonu məsləhətləşmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk təmsil edir. İsrail nümayəndə heyətinə Mossad kəşfiyyatının direktoru David Barnea başçılıq edir; Misiri respublikanın kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamel təmsil edir.