“2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb”.
NOCOMMENT.az Sfera.az-a istinadən bildirir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov bu gün Naxçıvanda keçirilən konfrans zamanı deyib. O, ətraf mühitin qorunması, ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş “Cərimə Parkı – Təbiətin qisası” konsepsiyası barədə danışıb.
“2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb, 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib” – Heydər Məmmədov əlavə edib.