Salyanda 44 yaşlı kişi bıçaqlandıbackend

Salyanda 44 yaşlı kişi bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. 

  NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Məlumata görə, Salyan rayon sakini, 1980-ci il təvəllüdlü  Yusif Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Babayev saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.