Mask Kadırova elektrikli Cybertruck pikap vermədiyini deyibbackend

Mask Kadırova elektrikli Cybertruck pikap vermədiyini deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tesla şirkətinin baş direktoru İlon Mask Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova kiber yük maşını vermədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“X” sosial şəbəkəsinin istifadəçilərindən birinin Muskın “sanksiya altında olan ABŞ düşməninə” kiber yük maşını çatdırdığını söyləyən yazısını şərh edən amerikalı milyarder bu cür açıqlamalardan heyrətləndiyini qeyd edib.

“Sən o qədər axmaqsan ki, rus generalına kiber yük maşını verdiyimi düşünürsən? Təəccüblüdür”, – Musk yazıb.

Daha əvvəl Kadırov Maskdan aldığı kiber yük maşınının xüsusi əməliyyat zonasına göndəriləcəyini bildirmişdi.