Avropa ittifaqı diplomatiyasının rəhbəri Cozep Borrell Aİ-nin öz ordusunu yaratmağı çətin hesab edib, çünki ittifaq ölkələri bu məsələdə konsensusa gələ bilmirlər.
NOCOMMENT.az xəbər verir ki, Borrell bu barədə Santander Universitetindəki çıxışı zamanı bildirib.
Diplomat əlavə edib ki, Aİ ordusunun yaradılması bir gecədə baş verməyəcək.
“Ordu, ümumi valyuta və ümumi sərhədlər suverenliyi müəyyən edən şeylərdir. Bizə ordu yaratmaq qalır, amma bunu etmək çox çətindir. Aİ-yə üzv ölkələrin yekdil qərarı lazımdır, lakin yekdilliyə nail olmaq çətindir”, deyə Aİ diplomatiya rəhbəri bildirib.