Azərbaycan minalarla çirklənmə faizinə görə dünyada ilk beşlikdədir.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, Horadiz əməliyyatı zamanı işğaldan azad edilən Füzulinin azad olunan 21 kəndindən 41 min mina aşkar edilib:
“Həmin kəndlər cəmi 3-4 ay işğal altında qalmışdı. Bu rəqəmlərə baxdıqda 30 ildən çox işğalda saxlanan torpaqlarımızda milyon yarımdan çox minanın olması təəccüblü deyil”