Dolların ucuzlaşması qızılı bahalaşdırır – YENİ QİYMƏTbackend

Dolların ucuzlaşması qızılı bahalaşdırır – YENİ QİYMƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ayda xalis qızılın bahalaşması sürətləndirib. 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, bir ay əvvəl qızılın troya unsiyasının (31,1 qram) qiyməti 2300 dollar idi, amma hazırda qızılın dəyəri 2550 dollara çatıb.

Qısa müddətdə qızılın troya unsiyasının qiymətində 250 dollar, bir qramın dəyərində isə 8 dollar artım qeydə alınıb.

“Nəcib metal”ın bahalaşması dolların ucuzlaşması ilə birbaşa əlaqəlidir. Beynəlxalq birjalarda qızılın qiyməti ABŞ dolları ilə müəyyənləşdiyindən dollar ucuzlaşdıqda qızıl bahalaşır. Son bir ayda dolların 3,3 faiz ucuzlaşması özünü qızılın qiymətində əks etdirib.

 Qızılı bahalaşdıran digər amillər də var. Bunlardan ən başlıcası Ukrayna-Rusiya və Yaxın Şərqdə olan müharibələrin güclənməsidir. Qızıl “etibarlı liman” hesab edildiyindən investorlar belə vəiyyətdə qızıl alışını artırır.

Həm dolların ucuzlaşması, həm də hərbi-siyasi vəziyyətin gərgin olması qızılın dəyərini artırır. Qarşıdakı dövrlərdə dolların bir qədər də ucuzlaşacağını, eləcə də müharibələrin hələ davam edəcəyini nəzərə alan investorlar qızıl alışına daha çox vəsait ayırırlar. Qızıl alışını artıran tərəflər arasında mərkəzi banklar və maliyyə fondları da var. Mərkəzi bankların və maliyyə fondlarının alış həcmlərini artırması da qızılın qiymətinin yüksəlməsinə əlavə təkan verir.

Mövcud şərtləri təhlil etdikdə görürük ki, qızılın hələ bir müddət bahalaşma ehtimalı güclüdür.