Bu ilin iyunun 30-u tarixinə olan məlumata görə, Azərbaycanda cəmi bir bank bir milyard manatdan çox daşınmaz əmlak krediti verib.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, bu bank “Azərbaycan Beynəlxalq Bankı”dır. Belə ki, cari ilin ikinci rübünün sonuna olan nəticələrə görə ABB 1 milyard 298 milyon 931 min manat daşınmaz əmlak krediti verib.
Ən çox daşınmaz əmlak krediti verən bankların siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
“Ziraat Bank Azərbaycan” ASC-də müştərilərə verilmiş ümumi kreditlərin həcmi 24 milyon 997 min manat olub.
“Bank Melli İran Bakı”da müştərilərə verilmiş ümumi kreditlərin həcmi 2 milyon 393 min manat təşkil edib.
“Azərbaycan Sənaye Bankı”da müştərilərə verilmiş ümumi kreditlərin həcmi 258 milyon 522 min manat olub.