Püstə 300 min ildir insan tərəfindən yeyilən qidadır.
Bəs bu çərəzin mənfi və müsbət cəhətləri nələrdir?
NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, dietoloqlar püstənin arıqlatdığını və qan təzyiqini aşağı saldığını bildirirlər.
2020-ci ildə aparılan bir araşdırmanın nəticələri göstərib ki, 43 qram püstə ilə birlikdə kalorinin məhdudlaşdırıldığı pəhriz qan təzyiqi və çəkidə əhəmiyyətli azalmalara səbəb olur.
Həmçinin püstə yeyən insanlar daha az şirniyyat yeyirlər. Bu da qan şəkərinin səviyyəsinə nəzarət etməyi asanlaşdırır.
Püstə istehlakı acqarına qan qlükoza səviyyəsinin əhəmiyyətli dərəcədə azalması və insulinə həssaslığın artması ilə əlaqələndirilir.
2023-cü ildə sistematik bir araşdırma və meta-analiz müəyyən edib ki, püstə istehlakı qanda xolesterin və trigliseridlər olan lipid profillərinə müsbət təsir göstərir.
Bu çərəz həm də ürək xəstəliklərinin inkişafından qoruyur.
2024-cü ildə aparılan araşdırma isə püstə yeməyin kök insanlarda idrak performansını və əhval-ruhiyyəni yaxşılaşdırdığını üzə çıxarıb. Bundan əlavə, onların bel ətrafı ölçüsü, ümumi xolesterin, LDL xolesterin və trigliseridləri azalıb.
Araşdırmalardan biri 18 gün ərzində hər gün 85 qram püstə yeyənlərin, badam yeyənlərə nisbətən bağırsaqlarında daha çox faydalı bakteriyaların olduğunu göstərib.
Ancaq hər qidada olduğu kimi püstənin də mənfi cəhətləri var:
* Əgər 1/4 fincandan çox püstə yesəniz, qəbul etdiyiniz natrium miqdarı sürətlə artacaq. Ona görə də porsiyanızın ölçüsünə diqqət yetirməyə çalışın.
* Püstə həddən artıq yüksək kalori ehtiva edir. Bunun səbəbi tərkibində çoxlu yağ olmasıdır.
* Püstə böyrək xəstəliyi olan insanlar üçün təhlükəlidir. Püstədə çoxlu fosfor var. Bu, böyrək xəstəliyi olan insanlarda problem yarada bilər.
* Püstənin tərkibində böyük miqdarda FODMAP var. FODMAP-lar insanların həzm edə bilmədiyi karbohidrat növləridir. Buna görə də qıcıqlanmış bağırsaq sindromu olanlar üçün püstə yemək yaxşı fikir deyil. Əks halda, qaz, şişkinlik və bağırsaq vərdişlərində mümkün dəyişikliklərlə qarşılaşacaqsınız.
* Püstənin allergiya inkişaf etdirmə ehtimalı var. Əgər çərəzlərə alergiyanız varsa, püstə yeyərkən diqqətli olun.