12 yaşlı məktəbliyə təcavüz edən şəxsə 23 il həbs cəzası verildibackend

12 yaşlı məktəbliyə təcavüz edən şəxsə 23 il həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Şəhər Məhkəməsi 12 yaşlı məktəbli qıza təcavüz edən 50 yaşlı kişini 23 il müddətinə azadlıqdan məhrum edib.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə Rusiya İstintaq Komitəsinin (İK) şəhər üzrə Baş İstintaq İdarəsindən məlumat verilib .

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 5-ci hissəsi (“Zorlama”) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 5-ci hissəsi (“Seksual xarakterli zorakılıq hərəkətləri”) ilə təqsirli bilinib. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli koloniyada çəkəcək.

Məhkəmənin müəyyən etdiyi kimi, cinayət 2023-cü il iyunun 10-da paytaxtın cənubunda yerləşən parklardan birində baş verib. Təqsirləndirilən şəxsin zərərçəkmişi tanıdığı qeyd edilir .

Daha əvvəl bildirilib ki, məhkəmə yataqxanada iki məktəbli qızı zorlayan və hadisəni lentə alan 34 yaşlı Simferopol sakini barəsində hökm çıxarıb.