Amerikalı iş adamı Elon Musk “X” sosial şəbəkəsində özünün ABŞ prezident seçkilərini təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, o, öz səhifəsində istifadəçilər arasında sorğu keçirib və ondan nəticə çıxarıb ki, qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp dəstək baxımından rəqibi Kamala Harrisi inamla ötüb.
Bir milyondan bir qədər çox “X” istifadəçisinin səslərinə əsasən, keçmiş ABŞ lideri 78,7 faiz, Harris isə 21,3 faiz səslə lider olub.