İsveçrə hökuməti konfederasiyanın Avropa Kibertəhlükəsizliyi Təşkilatına (ECSO) qoşulmasını təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Nazirlər Kabinetinin internet saytında dərc olunmuş məlumatda deyilir ki , bu, İsveçrə kibertəhlükəsizliyini, eləcə də avropalı tərəfdaşlarla əməkdaşlığı gücləndirmək üçün lazımdır.
2023-cü il iyunun ortalarında məlum oldu ki, İsveçrənin beş şəhərində internet saytları hakerlər tərəfindən sındırılıb və müvəqqəti olaraq bloklanıb.