Ölkəmizə şəkər adı ilə gətirilən şəkər deyilbackend

Ölkəmizə şəkər adı ilə gətirilən şəkər deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 19 milyon 709 min dollar dəyərində 25 min 820 ton şəkər ixrac edib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 29.3% və ya 4 mln.

65,7 min dollar, həcmi isə 24% və ya 5 min ton artıb. 2023-ci ilin ilk 7 ayında Azərbaycandan 15 mln. 237 min dollar dəyərində 20 min 736 ton şəkər ixrac edilib. Qeyd edək ki, hesabat dövründə şəkərin bir tonunun orta ixrac qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 763 ABŞ dolları təşkil edib.

Maraqlıdır, Azərbaycan şəkər ixrac edirsə, özümüz niyə Rusiyadan, Ukraynadan alırıq?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlmasında deyib ki, Azərbaycan şəkər tozu istehsalı üçün əldə etdiyi xammalı ixrac hesabına qarşılayır:

“Azərbaycana idxal edilən şəkər tozunun əksəriyyəti əslində tam olaraq şəkər tozu deyil. Yarımfabrikat məhsul ölkəmizə idxal edilir, lakin şəkər tozu kimi qeyd edilir. Həmin yarımfabrikat məhsullardan şəkər tozu alınır. Onların da bir hissəsi ölkədaxili bazarın təlabatını qarşılamaq üçün istifadə edilir. Digər hissəsi isə ixrac olunur”.

Ekspert bildirib ki, Azərbaycanın şəkər tozu istehsal etməsi üçün tam olaraq xammal bazası formalaşmayıb:

“Baxmayaraq ki, şəkər çuğunduru istehsalı üçün hər bir imkan var. Son illər ölkəmizdə şəkər çuğunduru istehsalı artır. Lakin ölkəmizin ən böyük şəkər zavodu olan “Azərşəkər” şəkər tozu istehsalı üçün tam olaraq xammal bazasını formalaşdıra bilməyib. Bu səbəbdən də Azərbaycan tam olaraq öz daxili tələbatını qarşılamaqda çətinlik çəkir”.

O qeyd edib ki, ölkəmizə Ukraynadan və Rusiyadan idxal edilən şəkər tozu əmtəə nişanı ilə deyil, yarımfabrikat xammal kimi daxil olur:

“Ölkəmiz şəkər tozu üçün istifadə edilən xammalı idxal edir. Ondan da şəkər tozu ixrac etməsi müsbət haldır. Lakin şəkər çuğunduru istehsalı artarsa, Azərbaycan tam olaraq şəkər ixracı olan ölkəyə çəvrilə bilər. Bu baxımdan hesab edirəm ki, şəkər çuğunduru istehsalını artırıb, xammal bazasını formalaşdırmaq lazımdır”.