Yol qırağında satılan 2-3 manatlıq kabablar…backend

Yol qırağında satılan 2-3 manatlıq kabablar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəllə arası kababxanalarda lülə-tikə kababın 1 şişini 2-3 manat satırlar.

Məlumdur ki, hazırda ətin bir kiloqramının qiyməti 15-20 manat arası dəyişir, bu kababların qiyməti isə ucuzdur. 1 şiş kababın qiymətinin 2-3 manata olması onun tərkibi ilə şübhələrə səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, lülə kababı farşdan hazırlanır:

“Farşın da içərisində heyvanın yeyilməyən hissələri – məsələn, beyni, yeli, dərisi və s. ola bilər. Bu kimi ucuz kababların hazırlanmasında belə mənbələrən istifadə olunur. İnsanlar da bu kimi kabablardan uzaq durmalıdır. Yaxşı olardı ki, kabablar münasib qiymətə olsun, amma keyfiyyətli ətlərdən istifadə olunsun”.