Avro yeni “etibarlı liman”a çevrilə bilər – SƏBƏBbackend

Avro yeni “etibarlı liman”a çevrilə bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal bazarlarda dolların tədricən zəifləməsi və yapon yeninin məzənnəsində dalğalanmaların müşahidə edilməsi bazar iştirakçıları tərəfindən avroya etibarı və inamı gücləndirib. İnvestorlar hazırda avronu daha təhlükəsiz hesab edirlər.

 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, avro indi dollar qarşısında son bir ilin ən yüksək səviyyəsinə çatıb. Avronun bu dərəcədə bahalaşmasına səbəb ABŞ mərkəzi bankının faiz dərəcələrini endirəcəyinə dair gözləntilərin artmasıdır.

 

Mərkəzi bank faizləri artıracağı təqdirdə dollar aparıcı valyutalara qarşı zəifləyəcək ki, bu halda bütün aparıcı valyutalar dollara nəzərən yüksələcək. Dolların zəifləməsi fonunda ən etibarlı valyuta kimi məhz avro önə çıxacaq.

 

 

Amma Qərb ekspertləri hesab edirlər ki, avronun etibarlı valyutaya çevrilməsi üçün dolların zəifləməsi kifayət etmir. Avroya inamın artması üçün avrozona ölkələrində iqtisadi göstəricilərin yaxşılaşması da vacibdir. Ekspertlərə görə, bunlar olarsa, avroda yığımlar artacaq.