Çin əsilli amerikalı Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunubbackend

Çin əsilli amerikalı Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hüquq-mühafizə orqanları Çin əsilli amerikalıya Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham irəli sürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

67 yaşlı Yuanjun Tanq Çində anadan olub və Çin vətəndaşlığı olub. O, dissident fəaliyyətinə görə orada həbsxanada yatıb, sonra Tayvan vasitəsilə ABŞ-a gedib və Amerika vətəndaşlığını alıb.

Ədliyyə Departamentinin məlumatına görə, 2018-ci ildən 2023-cü ilə qədər Yuanjun Tanq ABŞ-da Çinin agenti kimi fəaliyyət göstərərək, Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin göstərişləri əsasında tapşırıqları yerinə yetirib. O, Çin kəşfiyyat orqanlarına Çinin maraqlarına potensial zərər verə biləcək insanlar və qruplar haqqında hesabatlar göndərib.