Latviyalı Rusiyaya hissələri ixrac etməkdə ittiham edilərək ABŞ-a ekstradisiya edilibbackend

Latviyalı Rusiyaya hissələri ixrac etməkdə ittiham edilərək ABŞ-a ekstradisiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasına aviasiya texnikasının qanunsuz tədarükündə ittiham olunan Latviya vətəndaşı Oleq Çistyakov ABŞ-a ekstradisiya edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika Ədliyyə Nazirliyi məlumat verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Çistyakov Rusiyaya Amerika aviasiya avadanlığının satışı, təmiri və tədarükü məqsədilə iki ABŞ vətəndaşı ilə sui-qəsd qurub. Çistyakov 20 ilə qədər həbsdə qala və 1 milyon dollar cərimələnə bilər.

İttihama görə, Çistyakov amerikalılar Kirill Buyanovski və Duqlas Robertsonla əlbir olub, Rusiya təyyarələrindən istifadə edərək Amerika təyyarə avadanlığını alıb, təmir edib Rusiyaya və digər ölkələrə göndərib. Təqsirləndirilən şəxslərin iddia edilən müştəriləri arasında Rusiya FSB-nin də adı var. Buyanovski və Robertson 2023-cü ilin martında həbs ediliblər. Onlar günahlarını etiraf ediblər. Onların cəzaları payızda açıqlanacaq.