Amerikanın idarə olunan raket esminesi Ralph Johnson Tayvan boğazından keçir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.
“Arleigh Burke” sinifli idarə olunan raket esminesi “Tayvan boğazından planlı şəkildə tranzit edir”, – Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.
Mətbuat xidməti vurğuladı ki, beynəlxalq hüquq boğazdan sərbəst hərəkət etməyə imkan verir.