Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 23-də polis əməkdaşları vətəndaşlardan paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 13 tüfəng, 1 qumbara, 4 patron darağı və 145 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.