Haitidə hər həftə beş uşaq həlak olur və ya yaralanırbackend

Haitidə hər həftə beş uşaq həlak olur və ya yaralanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin ilk altı ayında hər həftə Haitidə düşmənçilik edən dəstələrin çarpaz atəşi altına düşən beş uşaq həlak olub və ya yaralanıb.

NOCOMMENT.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, “Save the Children” təşkilatının məlumatına əsasən, bu il 131 uşaq həlak olub və yaralanıb, bu da 89 halın qeydə alındığı 2023-cü ilin son altı ayı ilə müqayisədə 47 faiz çoxdur.

“Haitidə uşaqların görünməmiş əzabından söz düşəndə, deməyə biz söz tapmırıq. Bütöv məhəllələr yandırılıb, oğurluq və cinsi zorakılıq tüğyan edir, uşaqlar birbaşa hədəfə çevrilir və ya çarpaz atəş altına düşür”, – deyə “Save the Children” təşkilatının Haitidəki regional direktoru Şantal Silvi İmbo bildirib.

Silahlı dəstələr paytaxt Port-o-Prensin təxminən 80 faizinə nəzarət edir.

Haitidə dərin və ümumi yoxsulluq uşaqları silahlanmağa və ya xəbər verən işləməyə asanlıqla inandırmağa imkan verir, deyə vətəndaş cəmiyyəti qrupları bildirir. Çünki hər iki uşaqdan biri mütəmadi olaraq ac qalır, məktəblər isə bağlıdır.