Fransa hakimiyyətinin dünən həbs edilən Telegram və Pavel Durova qarşı əsas şikayəti messencerdəki şifrəli mesajlardır.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə TF1 telekanalı məlumat yayıb.
“İllər ərzində o (messencer) mütəşəkkil cinayətkarlığın 1 nömrəli platformasına çevrilib”, – hesabatda deyilir.
Durovun həbs olunduğu qeyd edilir.
Avqustun 24-də Fransada Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. İş adamı təxminən saat 20:00-da (Moskva vaxtı ilə 19:00) şəxsi təyyarəsindən Le Burje hava limanının uçuş-eniş zolağına enərkən saxlanılıb. Telegram-ın qurucusunu mühafizəçisi və bir qadın müşayiət edib. Durovun birbaşa Azərbaycandan gəldiyi qeyd edilir. Onun barəsində axtarış elan edilib.