Krımda 75 hektar ərazi yanırbackend

Krımda 75 hektar ərazi yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımın Təpə-Oba bölgəsində meşə yanğınının sahəsi 75 hektara çatır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Telegram kanalında məlumat yayıb.

“Yanğın sahəsi 75 hektardır”, – məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, avqustun 26-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterləri dənizdən su istifadə edərək 50 ton su buraxıb.

Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, mütəxəssislər yanğının SNT Volna və Rassvetə keçməsinin qarşısını ala biliblər.

İdarənin məlumatına görə, güclü külək və isti, quraq hava şəraiti yanğının sürətlə yayılmasına şərait yaradır.

Daha əvvəl bildirilib ki, yanğının söndürülməsinə 380-dən çox canlı qüvvə və 105 texnika cəlb olunub.