Avqustun 26-da Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbə ən güclü zərbələrdən biri olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Vladimir Zelenski şəxsi Telegram kanalında məlumat verib.
O qeyd edib ki, söhbət Ukrayna hədəflərinə birləşmiş zərbədən gedir.
“Bu, indiyə qədərki ən güclü zərbələrdən biri idi, birləşmiş zərbə idi”, – deyə o vurğulayıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın kritik enerji infrastruktur obyektlərinə kütləvi zərbə endirilməsi barədə məlumat vermişdi.