İlan Şor Maya Sandunu Moldovanın iqtisadi uğursuzluğunda ittiham edibbackend

İlan Şor Maya Sandunu Moldovanın iqtisadi uğursuzluğunda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qələbə” müxalifət blokunun lideri İlan Şor Moldova prezidenti Maya Sandunu ölkənin iqtisadi uğur qazanmamaqda ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.

“Sandu dövründə Moldovanın milli borcu iki dəfə artdı və ölkə adambaşına düşən ÜDM baxımından Avropanın ən yoxsul ölkəsi oldu”, – deyə o vurğulayıb.

O, həmçinin qeyd edib ki, “World of Statistics” reytinqinə əsasən, Moldova iqtisadi göstəricilərə görə demək olar ki, bütün Avropa ölkələrindən, o cümlədən Ukrayna, Ermənistan və Albaniyadan geri qalır.