Sabirabadda 17 yaşlı gənc oğlan su kanalına düşərək boğulub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Məmişlər və Kürkəndi kəndləri ərazisindən keçən su kanalında qeydə alınıb.
Rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu su kanalına düşərək boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.