İnternetin aylıq ödənişini etməyənlərə niyə cərimə GƏLİR? – Provayderlər MODEMİN pulunu geri verməyən müştəriləri…backend

İnternetin aylıq ödənişini etməyənlərə niyə cərimə GƏLİR? – Provayderlər MODEMİN pulunu geri verməyən müştəriləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İmişli sakini Mərhəmət Həsənov internet üçün ödəniş etmədiyinə görə 140 manat cərimə edilib.
Mərhəmət Həsənov qeyd edib ki, 140 manatlıq cərimə onun yeddi aylıq internet ödəniş məbləği qədərdir. Əgər vaxtında bilsəydi, cərimə əvəzinə aylıq ödəniş edərdi. Baxmayaraq ki, əvvəllər ödənişi gecikdirəndə ona bu barədə xəbərdarlıq edilib, son aylarda isə ümumiyyətlə məlumat verilməyib.

Məsələ ilə bağlı “Aztelekom”dan bildirilib ki, abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, bu barədə müraciət etməlidir.
NOCOMMENT.az xəbər verir ki, İmişli Telekommunikasiya Qovşağının baş mühəndisi Teymur Qarayev Referans.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: 
“Biz vətəndaşa demişik ki, 25 manatdan yeni internet tarifini ödəsin, borcu ilə bağlı biz güzəşt edərik. tələb olunan məbləğ cərimə deyil, modemin puludur.  Əgər 25 manatdan ardıcıl olaraq internet pulunu ödəsə, modemin pulu silinəcək.  6 ay ərzində vətəndaş internet pulunu gecikdirsə və bu 1 ayı əhatə eləsə, bu zaman modem geri istənilir. Vətəndaşa onu da demişik ki, modemin pulunu, yəni 140 manatı ödəsə, həmin şəxs modemi istədiyi vaxtı istifadə edə biləcək. 140 manat isə cərimə deyil, modemin puludur. Yəni 110 manatı modemin pulu, 30 manatı isə qoşulma haqqıdır”. 
İmişli sakini isə ondan 140 manat cərimə pulu, əlavə olaraq da modemin pulunu yəni 110 manatı istədiklərini deyib: “Müsahibədən sonra fikirlərini dəyişiblər. Əvvəl mənə elə demədilər. Məsələ indi ictimailəşdi deyə başqa cürə izah verirlər”. 
Məsələ ilə bağlı Referans.az-a İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev münasibətini bildirib:
“Son vaxtlar minimum internet qiymətlərini artıran provayederlər mövcudur. Bəziləri isə, köhnə tarifləri qoruyaraq saxlayır. Minimum internet qiymətlərinin artması ilə bağlı olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən araşdırmalar aparır. Bəzi internet istifadəçiləri minimum qiymət təklifinin qalxması ilə bağlı olaraq, internetdən imtina etmək istəyir. Belə olan halda, müəyyən narahat məqamlarla qarşılaşanların olduğu deyilir. Provayderlərin bir qismi təhvil verdiyi “router” avadanlığının pulunu, bəziləri isə həm avadanlığının pulunu, həm də “cərimə ödənişi” tələb etdiyi qeyd olunur”.
Bəhruz Əliyev
Ekspert bildirir ki, ümumi ədalət prinsiplərinə əsasən, şəxsi yanaşması ondan ibarətdir ki, provayderlə istifadəçi arasında imzalanan müqavilədə, xüsusi öhdəliklər nəzərdə tutulmayıbsa, istifadəçi, internet avadanlığını geri verməlidir və imtina etdikdən sonra heç bir, ödəniş etməməlidir. Amma, təəssüf ki, bir çoxumuzun imzalayarkən, oxumadığı müqavilələrdə istifadəçiyə müxtəlif öhdəliklər qoyula bilər: 
“İstifadəçi müqaviləyə görə vaxtından əvvəl xidmətdən imtina etdiyi halda və ya ödənişləri gecikdirdiyi halda müxtəlif öhdəliklər götürmüş ola bilər. Təbii ki, bu tipli məsələləri aydınlaşdırmaq üçün, müqavilə ilə ətraflı tanış olmağa ehtiyac var. Müqavilələr ümumiyyətlə Azərbaycan Respublikasının Konstitusiyasına, Qanunlarına uyğun tərtib olunmalıdır. Əks halda müqavilə qanuna uyğun hesab olunmur. İnternet istifadəçilərinə tövsiyyə edirəm ki, bu tipli, mübahisələrin həlli üçün, hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət edərək məsələni aydınlığa çıxarsınlar”.