Türkiyənin tanınmış kino və teatr aktrisası Sevil Üstekin vəfat edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 79 yaşlı aktrisanın ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, 1976-cı ildə kino karyerasına başlayan S.Üstekin Kemal Sunalla birlikdə rol aldığı “Kapıcılar kıralı” filmi ilə məşhurlaşıb, “Şaban Oğlu Şaban”, “İyi Aile Çocuğu”, “Garip” və “Şalvar Davası” kimi filmlərdəki obrazları ilə izləyicilərin sevgisini qazanıb.