Teleqramın yaradıcısının qardaşı Fransada axtarışa verilibbackend

Teleqramın yaradıcısının qardaşı Fransada axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telegram-ın yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov Fransada axtarışa verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” inzibati sənədlərə istinadən məlumat yayıb.

“Mart ayında Fransa hakimiyyəti Telegram-ın baş direktoru Pavel Durov və onun həmtəsisçi qardaşı Nikolayın həbsinə order verib”, – materialda deyilir.

Sənədlərə görə, Fransa hüquq-mühafizə orqanları Telegram-a məlum olandan bir neçə ay əvvəl gizli araşdırmaya başlayıb. İşin Telegram-ın uşaqlara qarşı cinsi zorakılığın araşdırılmasında polislə əməkdaşlıqdan imtina etməsi ilə bağlı olduğu aydınlaşır. 

Martın 25-də Pavel və Nikolay Durov barəsində “mütəşəkkil dəstənin tərkibində yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasına, yayılmasına, təklif edilməsinə və ya təqdim edilməsinə yardım etmək” ittihamı ilə həbs qərarı çıxarılıb. “Hazırda bu işdə yalnız Pavel Durov dindirilir”, – Fransa prokurorluğu bildirib. Nikolay Durovun hazırda harada olduğu müəyyən edilməyib.

Bundan əvvəl məlum olub ki, Pavel Durov Parisətrafı qəsəbələrdə Milli Anti-Fırıldaq Bürosunda həbs oluna bilər. Qeyd olunur ki, Fransa hakimiyyət orqanları heç vaxt biznesmenin harada olduğu barədə məlumat dərc etməyib.