Nazarbayevin keçmiş gəlininə hökm oxunubbackend

Nazarbayevin keçmiş gəlininə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı Gülmira Satıbaldı əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Lenta.ru xəbər verir.

Nazarbayevin keçmiş gəlini “Qanunsuz həbs”, “Həbs etmə” və “Özbaşınalıq” maddələri ilə təqsirli bilinib. Bundan başqa, onun sürücüsü Madi Batırşayevə də hökm oxunub. Məhkəmə onu 9 il müddətinə azadlıqdan məhrum edib. Batırşayev “Qanunsuz azadlıqdan məhrum etmə” maddəsi ilə təqsirli bilinib.

Bundan əlavə, məhkəmə Satybaldıdan 2,6 milyard tenge və mənəvi zərər kimi 10 milyon tenge məbləğində maddi ziyanın ödənilməsinə qərar verib. Batırşayev həmçinin zərərçəkmişə iki milyon təngə mənəvi təzminat ödəməlidir.

2022-ci ilin sentyabrında Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı adam oğurluğunda şübhəli bilinirdi. O, keçmiş əri ilə birgə biznesi ələ keçirməkdə şübhəli bilinərək saxlanılıb. Nazarbayevin qardaşı oğlu Kayrat Satybaldyuli 2022-ci ilin martında saxlanılıb.