ABŞ Çinin Rusiyaya dəstəyindən narahatdırbackend

ABŞ Çinin Rusiyaya dəstəyindən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Çinin Rusiyaya hərbi-sənaye kompleksində (MİS) iddia edilən dəstəyindən narahatdır. 

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib .

“Biz Çinin Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstək və bunun həm Avropa, həm də transatlantik təhlükəsizliyə təsirindən dərin narahatlıq keçiririk”, – deyə siyasətçi bildirib.

Sullivan həmçinin vurğuladı ki, Çinə səfəri zamanı o, Çin rəhbərliyi ilə bir sıra çətin məsələlər barədə “birbaşa” danışıb. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər çətin dövrdən keçir və buna görə Pekini günahlandırıb.

New York Times daha əvvəl yazmışdı ki, Sallivanın səfəri zamanı Çini Rusiyaya dəstəyini azaltmağa inandırmaq cəhdləri çətin ki, uğurlu olsun. Nəşrin fikrincə, Pekinin Moskvanı tərk etməsi “çox mümkün olmayan ssenaridir, çünki bu iki ölkə birlikdə dünya səhnəsində Vaşinqtona qarşı çıxır”.