Milli Məclisə keçiriləcək seçkilərdə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi üzrə deputatlığa namizəd olan Zaur Şükürovun görüşləri davam edir.
NOCOMMENT.az xəbər verir ki, namizəd bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Sumqayıt şəhərinin 21-ci mikrorayonunda bir qrup sakinlərlə səyyar görüş keçirdik. Görüş əsnasında seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi apardıq”, – Şükürov qeyd edib.