İsrail və Fələstin arasındakı münaqişəyə son qoymaq üçün “iki dövlətli həll” hazırlanmalıdır.
NOCOMMENT.az xəbər verir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bunu CNN-ə seçkiqabağı ilk müsahibəsində deyib.
“Bu müharibə bitməlidir”, – deyə o vurğulayıb.
O, atəşkəs və Qəzzada girovların azad edilməsi üçün razılaşmanın təmin edilməsinin vacibliyini qeyd edib və Fələstin-İsrail münaqişəsini həll etmək üçün “iki dövlətli həll yolunda işləmək” ehtiyacına sadiq qaldığını bildirib.