“Mançester Siti”nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında əsrin rekorduna imza atıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna “Vest Hem”ə qalib gəldikləri III turun matçında het-trik etməklə nail olub.
O, ötən tur “İpsviç”lə (4:1) görüşdə də üç qol vurmuşdu.
Norveçli forvard 1994-cü ildən bəri İngiltərə çempionatında bunu bacaran ilk oyunçudur.
Qeyd edək ki, Erlinq Holann hazırda 7 qolla Premyer Liqanın bombardiridir.