Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
NOCOMMENT.az Pravda.az-a istinadən məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 5-nə təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nurlan Məhərrəmov mübahisə zəminində sosial şəbəkələrdə tanış olduğu Rasim Əliyevi bıçaqlayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülmüşdü.