“Şahramanyanın bəyanatları sülh prosesini gərginləşdirir… ” – AÇIQLAMAbackend

“Şahramanyanın bəyanatları sülh prosesini gərginləşdirir… ” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan və digərləri Qarabağ ermənilərinə müraciət edərək sərsəm bəyanatlar səsləndiriblər. Samvel yenidən təxribatçı iddialarından danışıb. O hələ də hansısa statusla Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib, hətta yenidən işğalçı planlarından bəhs edib. 

 

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki, hazırda Ermənistan rəhbərliyinin sülh müqaviləsini imzalamaması və ərazi iddiaları ilə bağlı konkret mövqe nümayiş etdirməyərək vaxtı uzatması bölgədə sülhə zərbə kimi başa düşülür.

 

Onun sözlərinə görə, erməni separatçıları köhnə ab-havalarında iddialarını davam etdirir, həmçinin, məğlub dövlət ordusunu gücləndirir, sülh gündəliyi ilə bağlı konkret addımlar atmırlar:

 

“Bu baxımdan bəzi məsələlərin aktuallaşması istisna deyil. Bunlardan biri Ermənistanın silahsızlaşdırılmasıdır. Belə ki, Qərbi Zəngəzur və Göyçə gölünün ortasından şərti sərhədlərə qədər ərazilər silahsızlaşdırılmalıdır. Bu ərazilərdə Ermənistan ordusu ancaq yüngül tipli silahlarla təchiz edilməlidir. Digər tərəfdən, beynəlxalq aləm azərbaycanlıların qayıdışı məsələsinə ciddi yanaşmalıdır. Bölgədə sülhün möhkəmləndirilməsi üçün toplumlar əvvəlki demoqrafik coğrafiyaya qayıtmalıdırlar”.

 

Ekspert qeyd edib ki, Şahramanyanın bəyanatları sülh prosesini gərginləşdirir və revanşizmdən xəbər verir:

 

“İstisna etmirəm ki, Milli Məclisdə Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər. Əgər Ermənistan hücum xarakterli silahlarını Zəngəzura yerləşdirməyə, ərazi iddiaları fonunda ordumuza qarşı atəşkəsi pozmağa davam edəcəksə, o zaman bölgənin buferləşdirilməsi üçün lazımi addımlar atılacaq”.