Avropada siyasi dəyişikliklər avroya zərər vura bilər – PROQNOZbackend

Avropada siyasi dəyişikliklər avroya zərər vura bilər – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropalı analitiklər siyasi dəyişikliklər səbəbindən avronun zərər görə biləcəyindən narahatdırlar.

 

NOCOMMENT.az xəbər verir ki, belə bir bədbin proqnozun yaranmasına səbəb Almaniyanın əyalət seçkilərində ifrat sağçıların qələbə qazanmasıdır.

 

Proqnozlaşdırılır ki, əgər ifrat sağçılar Almaniyada uzun müddət hakimiyyətdə qalarsa, bu, qitədə siyasi proseslərlə bağlı narahatçılığı artıracaq. Narahatçılığın artması isə avroya ziyan vuracaq və Avropanın vahid valyutası ucuzlaşacaq.

 

Hazırda digər partiyalar ifrat sağçılara qarşı müxalif mövqeyə keçiblər. Ehtimal olunur ki, müştərək hərəkət ifrat sağçıların qələbə qazanmaq imkanını məhdudlaşdıracaq.